- Rusiya və İran
- 21:27
- 927
İranda etirazlar zamanı 297 nəfər həbs edilib
İranda etirazlar başlayandan 297 nəfər həbs olunub.
Aznews.az İran mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin təhlükəsizlik qüvvələri yayıb.
Bildirilib ki, polisin əməliyyatı nəticəsində onlardan 19-u zərərsizləşdirilib.
Xatırladaq ki, İranda etirazlar 2025-ci il dekabrın sonunda yerli valyutanın - rialın devalvasiyasına görə başlayıb. Ölkənin bir sıra şəhərlərindəki etiraz aksiyaları polislə toqquşmalara çevrilib. Həm təhlükəsizlik qüvvələrinin əməkdaşları, həm də iğtişaşlarda iştirak edənlər arasında ölənlər və xəsarət alanlar var.