- İşin içi
- 17:44
- 1 223
Azərbaycan Belarusdan torf tədarükünü kəskin artırıb
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 2,26 milyon ABŞ dolları dəyərində 13 min 457 ton torf (torf qırıntısı da daxil olmaqla) idxal edib.
Aznews.az xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9 %, kəmiyyət olaraq – 11 % çoxdur.
Hesabat dövründə Azərbaycan Gürcüstandan 948 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 38 % çox) 9 min 490 ton (+38 %), Rusiyadan 375 min ABŞ dolları dəyərində (-29 %) 1 min 490 ton (-50 %), Latviyadan 275 min ABŞ dolları dəyərində (-12 %) 615 ton (-20 %), Belarusdan 239 min ABŞ dolları dəyərində (+4,4 dəfə) 813 ton (+3 dəfə), Estoniyadan 165 min ABŞ dolları dəyərində (-34 %) 381 ton (-35 %) məhsul alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 15 min 491 ton torfun 59 %-i Gürcüstanın payına düşüb.