- İşin içi
- 17:30
- 1 434
Azərbaycan Dünya Bankı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Azərbaycan və Dünya Bankı arasında mövcud əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub.
Aznews.az xəbər verir ki, müzakirələr iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ilə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə Dayanıqlı İnkişaf üzrə regional direktoru Sameh Naquib Vahbanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə aparılıb.
Məlumata görə, görüşdə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar diqqətə çatdırılıb. Dünya Bankı ilə əməkdaşlıq, Bankın göstərdiyi institusional və texniki dəstək tədbirlərinin bu baxımdan əhəmiyyəti qeyd edilib.
Bundan başqa, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında reallaşdırılan layihələr və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.