- İşin içi
- 18:17
- 1 141
"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 %-ə yaxın azalıb
"AzRe Təkrarsığorta" ASC 2025-ci ili 22,351 milyon manat xalis mənfəətlə başa vurub.
Aznews.az xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 7,8 % azdır.
Ötən il "AzRe Təkrarsığorta"nın gəlirləri 96,151 milyon manat (əvvəlki ilə nisbətən 10,9 % çox), xərcləri 68,737 milyon manat (17,7 % çox), mənfəət vergisi ödəmələri isə 5,062 milyon manat (24,6 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "AzRe Təkrarsığorta"nın aktivləri 212,479 milyon manat olub ki, bu da illik müqayisədə 26,1 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 33,5 % artaraq 103,563 milyon manata, balans kapitalı isə 19,8 % artaraq 108,916 milyon manata çatıb.
Xatırladaq ki, "AzRe Təkrarsığorta" 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri 6 fiziki şəxsə - İftixar Fərəcov, Namiq Hətəmov, Cavid Mirhadıyev, Əbülfət Tağıyev, Mehman Yusifov və Vəliəhd Səfərova məxsusdur.
"AzRe Təkrarsığorta" "Qala Həyat Sığorta" ASC-nin 50%-lik səhmdarıdır.