- Köhnə - İqtisadiyyat
 - 8 Fevral 2016 19:38
 - 2 830
 
Sahibkarlara xoş xəbər - Ekspertiza aktı 2 saata veriləcək
            İqtisadiyyat Nazirliyinin kollegiya iclasında ixrac prosedurunun daha da sadələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərinə mənşə sertifikatının bir gün ərzində verilməsi qərara alınıb.
Bu barədə AzNews.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bu məqsədlə İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza aktı müraciət daxil olduğu vaxtdan 2 saat ərzində veriləcək.