Londona səfəri çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev AYİB prezidenti Suma Çakrabarti ilə görüşüb, əlaqələrin genişləndirilməsi perspektlərini müzakirə edib. Londona səfəri çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev AYİB prezidenti Suma Çakrabarti ilə görüşüb, əlaqələrin genişləndirilməsi perspektlərini müzakirə edib.

AYİB prezidenti Azərbaycana səfər edəcək

Londona səfəri çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev AYİB prezidenti Suma Çakrabarti ilə görüşüb, əlaqələrin genişləndirilməsi perspektlərini müzakirə edib.


Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Görüşdə AYİB prezidenti Bankın Azərbaycandakı islahatları dəstəklədiyini vurğulayıb: "Biz Azərbaycanda aparılan islahatları dəstəkləyirik, atılan addımlar çox əhəmiyyətli və müsbətdir".

Bu ilin iyun ayında ölkəmizə səfərə gələcəyini bildirən AYİB prezidenti Bankın Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.

Azərbaycanın İqtisadiyyat naziri Ş.Mustafayev 2016-cı ilin may ayında Londonda keçiriləcək AYİB-in növbəti illik toplantısı çərçivəsində investorlara Azərbaycanın ölkə təqdimatının keçiriləcəyini bildirib.

AYİB prezidenti Suma Çakrabarti bu sahədə Azərbaycana hər cür dəstək göstəriləcəyini vurğulayıb.

Trend.az