Heydərov sahibkarlara söz verdi: “Heç bir maneə olmayacaq”

"Böhrandan sonra tikintiyə investisiya qoymaq sərfəlidir. Bu, həm sahibkarlar üçün faydalıdır, həm də yeni iş yerlərinin açılması üçün səmərəlidir".


Bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün sahibkarlarla keçirdiyi görüşündə deyib.

K.Heydərov tikinti materialları istehsal edən şirkətlərə də tövsiyələr verib.

Nazir bildirib ki, tikinti materialları istehsal edən sahibkarlar bilməlidirlər ki, onların istehsal etdiyi keyfiyyətli inşaat materiallarına üstünlük verilməlidir və onlar məhsulları keyfiyyətlə istehsal etməlidirlər.

K.Heydərov bildirib ki, yerli məhsullar o qədər keyfiyyətli olmalıdır ki, xaricdən gələn məhsullara rəqabətdə uduzmasın.

Nazir həmçinin bildirib ki, bundan sonra tikinti sahəsində heç bir maneə olmayacaq.

Trend.az