Azərbaycan Banklar Assosiasiyası (ABA) Mərkəzi Banka bir sıra yeni təkliflər təqdim edib. Azərbaycan Banklar Assosiasiyası (ABA) Mərkəzi Banka bir sıra yeni təkliflər təqdim edib.

Bankların girov satışından gəliri ƏDV-dən azad edilə bilər

Azərbaycan Banklar Assosiasiyası (ABA) Mərkəzi Banka bir sıra yeni təkliflər təqdim edib.


Bunu Azərbaycan Bank Tədris Mərkəzinin (ABTM) direktoru Cavanşir Abdullayev bildirib.

Onun sözlərinə görə, təkliflərdən biri kredit alınarkən qoyulan girovun satılmasından əldə edilən vəsaitin ƏDV-dən azad olunması ilə bağlıdır. Bundan başqa, məhkəmə icrası üzrə rüsumun azaldılması da təklif edilir. Həmçinin, bank sektorunda qorunan manat əmanətləri üzrə maksimal faiz dərəcəsinin artırılması məsələsi də təqdim olunan təkliflər sırasındadır.

"Manata inamın artırılması üçün Əmanətlərin Sığortalanmsı Fondu faiz dərəcələrinə yenidən, xüsusilə manat əmanətlərinin faiz dərəcələrinin qaldırılmasına bamalıdır. Manat əmanətlərinin faizi yüksəldikdə əmanət qoymaq istəyənlərin sayı artacaq. Bu da banklara real sektorun maliyyələşdirilməsini artırmağa imkan verəcək. Çünki real sektor dollarla kredit almaqdan çəkinir", - deyə ABTM rəhbəri qeyd edib.

"Bununla yanaşı qeyd edim ki, əgər bu gün hər hansı bank özünün kredit müştərisinə maliyyə vəziyyətini nəzərə alaraq desə ki, səndən faiz almayacam və yaxud faizini 2 faizə endirirəm, bu halda uçot dərəcəsi ilə kredit faizi arasındakı fərq həmin müştəriyə gəlir kimi hesablanılır və bank buna görə vergi ödəməlidir. Buna görə də banklar müştərilərə faiz dərəcəsində çox güzəşt edə, faizi uçot dərəcəsindən aşağı sala bilmir. Müraciət etmişik ki, bu məsəədə həll olunsun", - deyə C.Abdullayev əlavə edib.

Report.az