Gələn il Qazaxıstan ÜTT-nin üzvü olacaq

MDB məkanında ən böyük iqtisadiyyata malik ölkələrdən biri Qazaxıstan 2013-cü ilin birinci yarısında Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqları yekunlaşdıracaq.

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu fikri Qazaxıstanın İqtisadi İnteqrasiya məsələləri üzrə naziri Janar Aytjanov parlamentdə çıxışı zamanı səsləndirib.

O, bildirib ki, danışıqların əsas hissəsi demək olar ki yekunlaşıb, sadəcə kənd təsərrüfatı məhsullarının ölkəyə idxalı ilə bağlı məsələlər hələ ki, müzakirə edilir. Nazir təşkilata üzvlüyün ölkə iqtisadiyyatına mənfi təsir etməyəcəyini də deyib.

Sadiq Musa
AzNews.az