Səfir: "Ukrayna qazı Azərbaycandan alacaq"

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Ukraynaya 2017-ci ildə qaz nəql olunacağını deyib.

AzNews.az-ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, Mədətli bildirib ki, qaz nəqli ilə bağlı razılaşma 2011-ci ildə prezident İlham Əliyev və Viktor Yanukoviçin Davos forumunda görüşü zamanı qəbul edilib: "Biz ilkin olaraq 2 milyon kubmetr qaz nəqli ilə başlayacağıq. Daha sonra nəqli 5 milyon kubmetrə çatdırmağı planlaşdırırıq".

Qeyd edək ki, hazırda Rusiya qazı Rusiyadan idxal edir. Ancaq son illər qaz nəqli ilə bağlı iki ölkə arasında yaranmış vəziyyət Ukraynanı alternativ mənbələr axtarmağa vadar edir.

Sadiq Musa
AzNews.az