Nazirlər Kabineti “Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları"nı təsdiqləyib Nazirlər Kabineti “Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları"nı təsdiqləyib

Gömrük nəzarətinin qaydaları təsdiqləndi

Nazirlər Kabineti “Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları"nı təsdiqləyib



Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinə uyğun olaraq hazırlanaraq, mal və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən edir.
Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar Azərbaycanın gömrük sərhədindən güzəştli və sadələşdirilmiş qaydada keçirilir və bu mallara münasibətdə gömrük nəzarəti Gömrük Məcəlləsinə əsasən tənzimlənir.

Gömrük nəzarətinin həyata keçirilməsi zamanı gömrük orqanları sərəncamında olan dəniz (çay) gəmilərindən istifadə edə bilər. Gəmilərdən Azərbaycanın daxili sularında və Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə müşayiət və patrul məqsədləri üçün istifadə olunur. Gömrük orqanları sərəncamında olan dəniz (çay) gəmilərindən gömrük qanunvericiliyinin tələblərini pozan və gömrük ərazisini tərk edən dəniz (çay) gəmilərinin saxlanılması, onların geri qaytarılması üçün istifadə edir. Bundan başqa gömrük orqanları sərəncamında olan hava gəmilərindən istifadə edə bilərlər. Hava gəmilərindən gömrük ərazisində gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə patrul məqsədləri üçün istifadə edilir.

Elnarə Əlosmanqızı
AzNews.az