Dekabr ayının sonunda Ukrayna 80 min ton həcmində "Azeri Light" markalı nefti qəbul edib. Dekabr ayının sonunda Ukrayna 80 min ton həcmində "Azeri Light" markalı nefti qəbul edib.

Ukrayna neftimizin ilk partiyasını qəbul etdi

Dekabr ayının sonunda Ukrayna 80 min ton həcmində "Azeri Light" markalı nefti qəbul edib.

"APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, məhsul "Ukrtatnafta" publik səhmdar cəmiyyətinə məxsus Kremençuq neftayırma zavodunda emal olunacaq.

Ümumilikdə, 2017-ci ildə "Ukrtatnafta" 1,3 mln. ton "Azeri Light" markalı neftin qəbulunu planlaşdırır.

Neftin nəqledicisi qismində SOCAR çıxış edib.

AzNews.az