431 milyon dollar vəsait xərclənən dəmir yolu

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsi çərçivəsində 2007-2012-ci illər ərzində 431,3 milyon dollar xərclənib.




Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsi çərçivəsində 2007-2012-ci illər ərzində 431,3 milyon dollar xərclənib.

Bu barədə Nəqliyyat Nazirliyinin və nazirliyin tabeli qurumlarının 2012-ci ildə fəaliyyətinə dair hesabatda deyilir.
O cümlədən, 2012-ci ildə Azərbaycan hökumətinin kreditindən 151,5 milyon dollar istifadə edilib.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan-Gürcüstan-Türkiyə dövlətlərarası sazişi əsasında inşa olunur.

AzNews.az