Qızıl ucuzlaşdı - 4 dollar

Amerika fond bazarında Dow Jones indeksi 0,03% - 19 885,73 bəndədək ucuzlaşıb, S&P 500 0,18% - 2 274,64 bəndədək, NASDAQ 0,48% - 5 574,12 bəndədək artıb.

AzNews.az "APA-Economics"ə istinadən xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,62% - 7 337,81 bəndədək artıb, Almaniya DAX-ı 0,94% - 11 629,18 bəndədək, Fransa CAC-40-ı isə 1,20% - 4 922,49 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 3,60 dollar azalaraq 1 196,20 dollara, gümüş isə 0,06 dollar ucuzlaşaraq 16,77 dollara satılıb.