- Köhnə - İqtisadiyyat
- 5 Aprel 2017 09:53
- 10 977
Bakıda göyərti ucuzlaşdı

Bakıda meyvə-tərəvəz mağazaları göyərtini ucuzlaşdırıb.
Unikal.org-un araşdırmasına görə, paytaxtın bazarlarında və kiçik meyvə-tərəvəz satışı mağazalarında göyərtinin bir dəstəsinin qiyməti 10-13 qəpik təşkil edir. Satıcılar qiymətin düşməsini sezonla əlaqələndirirlər.
Böyük marketlər hələ də göyərtinin dəstəsini 0.2 AZN-dən təklif edirlər.
Nisbətən bahala olan tərxundur ki, bunun da bir dəstəsinin qiyməti 0.5-1 manat arasında dəyişir.
AzNews.az