Aprel ayında Ceyhan limanından 2 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb. Aprel ayında Ceyhan limanından 2 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb.

Dünya bazarlarına nə qədər Azərbaycan nefti çıxarılıb?

Aprel ayında Ceyhan limanından 2 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb.

AzNews.az SOCAR-ın saytına istinadən xəbər verir ki, aprel ayı ərzində 2 milyon 85 min 526 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. (Bu həcmin 1 milyon 467 min 117 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir). Cari ilin yanvar-aprel aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 8 milyon 39 min 435 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il may ayının 1-ə qədər Ceyhan limanından 327 milyon 874 min 34 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.