- Köhnə - İqtisadiyyat
- 15 İyun 2017 15:18
- 3 254
Türkiyə Mərkəzi Bankı faizləri sabit saxlayıb
Türkiyə Mərkəzi Bankı (TCMB) bu gün keçirdiyi növbəti iclasında faizləri dəyişdirməyərək sabit saxlayıb.
AzNews.az "report"a istinadən xəbər verir ki, bununla da həftəlik repo faizi (uçot dərəcəsi), borclanma faizi (faiz dəhlizinin aşağı həddi), marjinal borcvermə faizi (faiz dəhlizinin yuxarı həddi) və gec likvidlik pəncərəsi (GLP) borcvermə faizləri dəyişməyib. Qeyd edək ki, bundan əvvəlki iclasda TCMB uçot dərəcəsini 8%, faiz dəhlizinin aşağ və yuxarı hədlərini 7,25% və 9,25% səviyyəsində sabit saxlayıb, GLP-ni isə 11,75%-dən 12,25%-ə yüksəldib.