“Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsində bu fond böyük rol oynayacaq”. “Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsində bu fond böyük rol oynayacaq”.

"Hesabat birbaşa Prezidentə veriləcək"- Millət vəkili Kredit Fondu haqqında

“Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsində bu fond böyük rol oynayacaq”.

Bunu AzNews.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov Prezident İlham Əliyevin sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədi ilə yeni dövlət qurumunun yaradılması ilə bağlı fərmanı şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycanda Kredit Fondunun yaradılması çoxdan gündəmdə idi:

“Azərbaycanda kredit verilməsində, borc kreditlərinin qaytarılmasında çox ciddi problemlər yaranmışdı. Bir il bundan əvvəl kredit borcu 1,6 milyard manat idisə, indi bu rəqəm 1, 8 manata çatıb. Sahibkarlar lazım olan vaxtda kredit ala bilmirdi. Ona görə də Prezident belə bir fondun yaranması üçün bu fərmanı imzaladı və müşahidə şurası təyin etdi. Bu fondun yaranmasında birinci məqsəd sahibkarlar üçün kredit verilməsində problemləri aradan qaldırmaqdır”.

Vahid Əhmədov bunun çox əhəmiyyətli bir fond olduğunu vurğulayıb: “Kredit fondu sərbəstdir. Hesabat birbaşa Prezidentə veriləcək və nəzarətdə saxlanılacaq. Alınan kreditlər vaxtlı-vaxtında geri qaytarılacaq. Bütün sahibkarlar bir ünvana müraciət edəcək”.

Bahar RÜSTƏMLİ

AzNews.az