- Köhnə - İqtisadiyyat
- 11 Dekabr 2017 13:01
- 2 628
Azərbaycan BMT-nin Fövqəladə Yardım Fonduna ödənişlərini artıracaq
Azərbaycan və digər yeddi ölkə BMT-nin Fövqəladə Yardım Fonduna ödənişlərini bu illə müqayisədə artırmağa hazırdır.
AzNews.az xəbər verir ki,Trend bu barədə BMT-nin saytına istinadən məlumat verir.
Məlumatda qeyd olunur ki, gələn il üçün 36 ölkə fonda 383 milyon dollar keçirməyə vəd edib: “Eyni zamanda, Azərbaycanla yanaşı, Avstraliya, Rusiya, Estoniya, Monqolustan və digər ölkələr ödənişləri artırmağa hazır olduğunu bildirib”.
Qeyd edək ki, son 3 ay ərzində Fonddan Banqladeşə rohinca qaçqınları üçün yardım proqramı çərçivəsində 19 milyon dollar ayrılıb. Bundan başqa, “İrma” və “Mariya” qasırğalarından əziyyət çəkmiş Karib hövzəsi ölkələrinə Fond tərəfindən operativ yardım göstərilib.