Prezident İlham Əliyev“İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” qanunu təsdiqləyib. Prezident İlham Əliyev“İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” qanunu təsdiqləyib.

İşsizlikdən sığorta fondunun büdcəsi təsdiqlənib

Prezident İlham Əliyev“İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” qanunu təsdiqləyib.

AzNews.az xəbər verir ki, İşsizlikdən sığorta fondunun 2018-i il büdcəsinin gəlir və xərcləri 89,04 mln. manat məbləğində təsdiq edilib.

2018-ci il üçün İşsizlikdən sığorta fondunun işəgötürən və işçi arasında paritet bölgü əsasında əmək haqlarının 1%-i hesabı ilə müəyyənləşdirilən sığorta haqlarından formalaşan büdcə gəlirləri 89 mln. manat məbləğində, o cümlədən büdcə sektoru üzrə 35,4 mln. manat, qeyri-büdcə sektoru üzrə 53,6 mln. manat məbləğində proqnozlaşdırılır.

Qanuna əsasən, 2018-ci ildə İşsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

2018-ci ildə İşsizlikdən sığorta fondunun 89 mln. manat məbləğində nəzərdə tutulan xərclərinin 37,6%-ni və ya 33,5 mln. manatını işsizliyə görə sığorta ödənişləri təşkil edəcək.

İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:

Qeyd edək ki, müvafiq icra hakimiyyəti orqanı sığorta haqları üzrə hər ay üçün toplanmış vəsaitləri növbəti ayın 1-dək işsizlikdən sığorta fonduna köçürür. İlin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

Bu 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.