“ABŞ OPEK-dən gündəlik neft hasilatının 1 milyon barel artırılmasını istəyir. Düz 2 həftə sonra bir araya gələcək OPEK+ üzvləri neftin mövcud yüksək qiymətləri fonunda hasilata yenidən baxmalıdır”. “ABŞ OPEK-dən gündəlik neft hasilatının 1 milyon barel artırılmasını istəyir. Düz 2 həftə sonra bir araya gələcək OPEK+ üzvləri neftin mövcud yüksək qiymətləri fonunda hasilata yenidən baxmalıdır”.

Neftin qiyməti 85 dollara çata bilər - Ekspert

“ABŞ OPEK-dən gündəlik neft hasilatının 1 milyon barel artırılmasını istəyir. Düz 2 həftə sonra bir araya gələcək OPEK+ üzvləri neftin mövcud yüksək qiymətləri fonunda hasilata yenidən baxmalıdır”.

AzNews.az xəbər verir ki, bunu iqtisadi ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, hasilatın artırılmasını yalnız ABŞ istəmir, həmçinin bir sıra digər ölkələr, o cümlədən Rusiya da bu məsələyə isti yanaşır:

“Rusiya prezidentinin neftin 1 barelinin qiymətinin 60 dollar olmasının ölkəsi üçün məqbul olduğunu deməsi də bundan xəbər verir. Aydındır ki, Səudiyyə Ərəbistanı bütün hallarda Vaşinqtondan gələn mesajlara diqqətlə yanaşır. Bu isə o deməkdir ki, ABŞ hasilatın artırılması ilə bağlı istəyində sonadək dayanarsa, o zaman OPEK dünya bazarına daha çox “qara qızıl” çıxarmağa başlayacaq. Digər tərəfdən, Çinin neftə artan tələbi fonunda hasilat dəyişməzsə o zaman neftin qiymətində yüksəlişlər davam edəcək. OPEK-in hal-hazırda 2 seçimi var: ya 2 həftə sonra ABŞ-ın istəyinə uyğun olaraq hasilatın gündəlik 1 milyon barel artırmaqla bazara daha çox neft çıxarmaq və ya mövcud hasilatı saxlamaqla dünya bazarında tələbin təklifdən artıqlığını qoruyub saxlamaq. Birinci halda, neftin dünya bazar qiymətində yenidən azalmalar qaçılmazdır”.

Vüqar Bayramov qeyd edib ki, belə olan halda Brent markalı neft 65 dollaradək ucuzlaşa bilər: “İkinci halda isə neftin qiyməti yenidən yüksələcək və Brent markalı neftin 1 bareli hətta 85 dollara çata bilər. OPEK hansı yolu seçəcək? Bu həm də Ağ Evdən gələn yeni mesajlardan asılı olacaq”.

Bahar RÜSTƏMLİ
AzNews.az