İstanbulda SOCAR-ın yeni binasının açılış mərasimi keçirilib. İstanbulda SOCAR-ın yeni binasının açılış mərasimi keçirilib.

İstanbulda SOCAR-ın yeni binası açıldı

İstanbulda SOCAR-ın yeni binasının açılış mərasimi keçirilib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, mərasimdən əvvəl iştirakçılar Heydər Əliyevin İstanbulun Sarıyer rayonundakı heykəlini ziyarət ediblər.

Mərasimdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev 2008-ci ildən Türkiyədə enerji sahəsində qoyulan investisiyalara toxunub. O bildirib ki, hazırda bu sahədə xarici sərmayələrə görə, Türkiyədə birinci yeri Azərbaycan tutur.

SOCAR prezidenti iyunun 12-də iki ölkənin dövlət başçılarının iştirakı ilə TANAP-ın açılışının keçiriləcəyini xatırladıb.

R. Abdullayev SOCAR-ın Türkiyədə uzun müddət fəaliyyət göstərməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. O əlavə edib ki, qurum iqtisadi sahədən başqa, təhsil, mədəniyyət və digər sahələrdə də töhfə verə bilər. SOCAR prezidenti bu ilin sonunda İzmirin Əliağa yarımadasında PETKİM neftayırma zavodunun açılacağını deyib.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib ki, bu gün Azərbaycanla Türkiyə arasında əlaqələrin yaranmasından 100 il bir həftə keçir. Səfir hazırda Türkiyə ilə Azərbaycan arasında münasibətlərin dünyada misli-bərabəri olmadığını diqqətə çatdırıb.

Mərasimdən sonra iştirakçılar binada təşkil edilən neft-sənaye sərgisi ilə tanış olublar.

AzNews.az

image description image description