Bakı MDB şəhərlərinə yay səyahətlərinin reytinqində liderdir

“TurStat” analitik agentliyi rusiyalı turistlərini yay səyahətləri üçün MDB ölkələrinin populyar şəhərlərinin reytinqini təqdim edib.

AZƏRTAC xəbər verir ki, MDB şəhərlərinin reytinqi 2018-ci ilin yayında turist səfərlərinin populyarlığının təhlilinə əsasən tərtib edilib.

Bakı, Minsk, Almatı, Astana, Bişkek, Daşkənd, Kişineu, Düşənbə və Aşxabad 2018-ci ilin yayında rusiyalı turistlərin MDB-də üz tutduqları şəhərlərin onluğunda yer alıb.

Agentliyin məlumatına görə, turistlər MDB şəhərlərinə yayda orta hesabla ikigünlük gəlir, sonra Bakıda Xəzəryanı kurortlarda, Belarusda Naroç gölündə, Almatıda Çimbulaq dağ kurortunda, Qazaxıstanda Borovoye kurortunda, Qırğızıstanda İssık-Kul gölündə dincəlirlər. Rusiyalı turistlər MDB ölkələrinin şəhər və kurortlarında bir gün qalmağa və yeməyə orta hesabla 50-100 dollar məbləğində pul xərcləyirlər.

Ən ucuz yay turları Kişineu və Bişkekdir, habelə həftəsonu və şopinq-turlar arasında Bakı və Astana liderlik edir.

AzNews.az