“Tarif Şurasının Azərbaycanda bir sıra nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair qəbul etdiyi qərar bu sahədə insanlara göstərilən xidmətin səviyyəsinin daha da yüksəldilməsinə öz müsbət təsirini göstərəcək”- bu sözləri Aznews.az portalına verdiyi özəl açıqlamada Rabitə və Yüksək Texnologiyalar nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sözçüsü Nuridə Allahyarova deyib. “Tarif Şurasının Azərbaycanda bir sıra nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair qəbul etdiyi qərar bu sahədə insanlara göstərilən xidmətin səviyyəsinin daha da yüksəldilməsinə öz müsbət təsirini göstərəcək”- bu sözləri Aznews.az portalına verdiyi özəl açıqlamada Rabitə və Yüksək Texnologiyalar nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sözçüsü Nuridə Allahyarova deyib.

“Sahibkarlar narazılıq edirdi...” - Nuridə Allahyarova

“Tarif Şurasının Azərbaycanda bir sıra nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair qəbul etdiyi qərar bu sahədə insanlara göstərilən xidmətin səviyyəsinin daha da yüksəldilməsinə öz müsbət təsirini göstərəcək”- bu sözləri Aznews.az portalına verdiyi özəl açıqlamada Rabitə və Yüksək Texnologiyalar nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sözçüsü Nuridə Allahyarova deyib.

O daha sonra əlavə edib:

“Tarif Şurasının qiymətləri artrmasının bir sıra səbəbləri var. Avtabus maşrutları üzrə sərnişin daşıma xidmətinə Dövlət Avtomobil Nəqliyyat Xidməti nəzarət edir. Amma bu xidməti özəl sektor, belə deyək, müxtəlif hüquqi və fiziki şəxslər olan sahibkarlar tərəfindən həyata keçirir. Dövlət Avtomobil Nəqliyyat Xidmətinin balansında avtonəqliyyat vasitələri yetərincə yoxdur. Biz bu xidmətə nəzarət edir, fərqlənmə nişanı veririk. Həmçinin həmin o maşrut xətləri olan avtobuslar reysə çıxmazdan qabaq baxış keçirir, tibbi müayinəyə nəzarət edirik. Amma bütün hallarda xidməti özəl sahibkarlar göstərir. Son on bir ildə Tarif Şurası heç bir qiymət artımı etməyib. Lakin bu on bir il müddətində çox böyük dəyişikliklər olub. Qiymət artımı hər sahədə özünü göstərdiyi üçün mütləq qaydada nəqliyyata da təsir göstərib. Adi bir misalla desək, bir litr üçün on bir il ərzində dizel yanacağının qiyməti 34 faiz artıb, bu da sahibkara ciddi təsir etmişdi. Sahibkar bu on bir il ərzində artan qiymətlər fonunda sürücünü əmək haqqı ilə təmin etməlidir. Eyni zamanda vətəndaşlar da haqlı olaraq yeni, komfortlu nəqliyyat vəsitəsi tələb edir. Bunun üçün daşıyıcı şirkət də bizə haqlı olaraq bildirirdi ki, əldə etdiyimiz gəlir xərcləri ödəmir. Bu məsələ ilə bağlı narazılıq edirdilər və bunda haqlı idilər. Ona görə də biz – Dövlət Avtomobil Nəqliyyat xidməti olaraq onlara müraciət etdik, daşıyıcıların təklif və iradlarını dinlədik. Biz dünənə kimi tələb edə bilmirdik ki, balansa daha komfortlu, təhlükəsiz, yeni avtonəqliyyat vasitələri cəlb etsinlər. Çünki bu halda o da bizim qarşımıza bayaq sadaladığımız problemləri qoyurdu. Amma artan bu qiymət daşıyıcınn önündə bu tələbi qoya biləciyik. İndi biz tələb edə biləcəyik ki, daşıyıcılar daha yaxşı xidmət göstərsinlər”

Səidə Nurməmmədli
Aznews.az