- Köhnə - İqtisadiyyat
- 10 Avqust 2018 23:32
- 5 832
"Əminəm ki, qəbul edilən qərarlar qısa müddətdə çox yaxşı nəticələr verəcək" - Prezident
"Bu gün sənaye kooperasiyası ilə bağlı məsələlərə çox vaxt sərf etdik. Qəbul edilən qərarlar əminəm ki, qısa müddətdə çox yaxşı nəticələr verəcək."
AzNews.az xəbər verir ki, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonun şərəfinə verilən rəsmi ziyafət mərasimində deyib.
Dövlət başçısı bildirib: "Nəticə yeni istehsalatların, istehsalat güclərinin, sənaye kooperasiyasının, yüzlərlə yeni iş yerinin yaradılmasına hədəflənəcək. Bu qərarlar bizim sənaye müəssisələrimiz arasında tamamilə yeni kooperasiya sistemi yaradacaq, ölkələrimizin nəqliyyat infrastrukturunu daha da çox yükləyəcək. Başqa sözlə, əminəm ki, səfərin nəticələri çox səmərəli olacaq və yaxın zamanda biz bunu konkret rəqəmlərdə hiss edəcəyik".