ABŞ Azərbaycana aid "Şahdəniz" yatağından Avropaya təbii qazı nəqledici boru kəməri layihəsini dəstəkləyir. ABŞ Azərbaycana aid "Şahdəniz" yatağından Avropaya təbii qazı nəqledici boru kəməri layihəsini dəstəkləyir.

“Azərbaycandan Avropaya qaz kəməri layihəsini dəstəkləyirik” - ABŞ

ABŞ Azərbaycana aid "Şahdəniz" yatağından Avropaya təbii qazı nəqledici boru kəməri layihəsini dəstəkləyir.

“Report”un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın energetika naziri Rik Perri keçirdiyi brifinqdə bildirib.

“Biz rəqabət tərəfdarıyıq. Odur ki, Azərbaycan təbii qazının Xəzər regionundan Avropaya nəqli üçün başqa bir boru kəmərinə də dəstək verdiyimizi təsdiqləmək istəyirəm”, – deyə Perri bildirib.

ABŞ rəsmisi Rusiyanın həyata keçirdiyi “Şimal axını-2” layihəsinə avropalıların alternativ görmək istədiklərini qeyd edib.

"Bu barədə çox söhbətlər eşitmişəm", - deyə o əlavə edib.

AzNews.az