- Köhnə - İqtisadiyyat
- 25 Aprel 2013 07:50
- 1 991
ABŞ əhalisi yoxsullaşır
ABŞ ailələrinin çoxu tədricən yoxsullaşır
APA-nın məlumatına görə, ABŞ Pyu mərkəzinin tədqiqatları bunu deməyə əsas verir.
Mərkəzin məlumatına əsasən, ailələrin 93%-də aktivlərin dəyəri 2009-cu ildəki 139,896 dollardan 2011-ci ildə 133,817 dollara düşüb. Söhbət evdəki bütün əmlakı dəyərindən, bank hesabı və sairdən gedir.
Maraqlıdır ki, sözügedən dövr ABŞ-da rəsmi olaraq "Böyük durğunluq"dan sonrakı iqtisadiyyatın dirçəlməsi mərhələsi sayılır.
Bu dövrdə yalnız ölkənin 7% ən varlı ailələri daha da varlanıblar. Onların aktivləri eyni mərhələdə 28% artaraq 3.173,895 dollara çatıb. 2009-cu ildə bu ailələr ölkədəki mülkiyyətin 56%-ə nəzarət edirdilərsə, indi bu rəqəm 63%-dir.
Müvafiq olaraq ölkədə əmlak qeyri-bərabərliyi də güclənib. Varlı ailələr digər əhalidən indi 24 dəfə varlıdırlar.
AzNews.az