Siyasi partiyalara ayrılacaq vəsaitin həcmi artırılacaq

Azərbaycanda gələn il dövlət büdcəsindən siyasi partiyalara ayrılacaq vəsait artırılacaq.

Apa-nın məlumatına görə, Azərbaycan Respublikasının 2014-cü il üçün dövlət büdcəsi layihəsində siyasi partiyalara 2 592 500 manat vəsait ayrılması nəzərdə tutulur.

Bu isə bu il ayrılmış vəsaitdən 3,7% çoxdur.

Qeyd edək ki, 2013-cü ildə siyasi partiyalara dövlət büdcəsindən 2 500 000 manat vəsait ayrılıb.

AzNews.az