Ceyhandan 2 milyon ton neft ixrac edilib

ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2013-cü ilin noyabr ayında Novorossiysk limanından 84 min 820 ton, Supsa limanından 161 min 498 ton, Ceyhan limanından isə 1 milyon 830 min 657 ton xam neft ixrac edib.
Trend Şirkətin rəsmi saytına istinadən məlumat verir ki, ümumilikdə yanvar-noyabr ayları ərzində Novorossiysk limanından 1 milyon 581 min 660 ton, Supsa limanından 2 milyon 483 min 731 ton, Ceyhan limanından isə 18 milyon 280 min 943 ton xam neft ixrac edilib.
İdarə tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-yə məxsus xam neft həcmlərini əks etdirir.
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2013-cü ilin noyabr ayında 163 ton avtomobil benzini, 80 min 12 ton dizel yanacağı, 7 min 293 ton təyyarə yanacağı və 179 ton soba mazutu ixrac edib.
Ümumilikdə, 2013-cü ilin yanvar-noyabr ayları ərzində 14 min 198 ton avtomobil benzini, 824 min 292 ton dizel yanacağı, 115 min 935 ton təyyarə yanacağı və 657 ton soba mazutu ixrac edilib.
2013-cü ilin noyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 928,27 dollar, təyyarə yanacağının - 962,00 dollar, dizel yanacağının - 909,73 dollar, 1 faizli kükürdlü mazutun - 601,19 dollar təşkil edib.
Noyabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 107,97 dollara, Urals nefti - 107,73 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 110,06 dollara satılıb.


AzNews.az