Dünyanın ən bahalı briliyant paltarı

Kievdə təşkil edilən moda həftəsində bir-birindən maraqlı geyimlər sərgilənib. Amma sərgidə ən çox diqqəti çəkən 5 milyon 700 min dollarlıq qara ziyafət geyimi olub. Üzəri 50 karantlıq 2 qara briliyantla bəzədilən paltar gecəyə damğasını vurub.

İngilis modelyer Debbi Vingham tərəfindən hazırlanan paltarın ağırlığı 13 kiloqramdır. Dünyanın ən bahalı paltarı kimi tarixə düşən bu geyim bəziləri tərəfindən müsbət qarşılanmayıb.

Səadət Abbaslı
AzNews.az