Buğda tədarükü başladı

Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edib.
Nazirlikdən Aznews.az-a verilən məlumata görə, Dövlət Taxıl Fondu üçün "Abşeron Taxıl MMC", "Dəvəçi-Dəyirman MMC", "Karat-Holdinq", "Karmen", "FATOĞLU", N.Quliyev adına Bakı-Taxıl, "Araz ASC" "Aveta", "EL" KM və "Neon" firması müəssisələri vasitəsilə oktyabr ayının 6-dan noyabr ayının 15-nə kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 320 AZN olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları"nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcək.

Elnarə Əlosmanqızı
AzNews.az