Korporativ idarəetmə sisteminin tətbiqi məcburi olacaq Korporativ idarəetmə sisteminin tətbiqi məcburi olacaq

Şirkətlər üçün daha bir yenilik

Korporativ idarəetmə sisteminin tətbiqi məcburi olacaq



Azərbaycanda şirkətlər tərəfindən korporativ idarəetmə sisteminin bəzi müddəaların icbari qaydada həyata keçirilməsi nəzərdə tutulur. İqtisadi İnkişaf Nazirliyi korporativ idarəetmə şöbəsinin müdiri Anar Hacızadə bildirib ki, korporativ idarəetmə sistemi artıq 1 ildən artıqdır ki, tətbiq olunur. 50-dək şirkət bu standartların tətbiqinə maraq göstərir.

Hələlik şirkət və təşkilatların könüllü tətbiq etdiyi standartlarla bağlı daha bir yenilik isə Mülkü Məcəlləyə nəzərdə tutulan əlavələrdir: "Korporativ idarəetmə sahəsində icrası məcburi tələb olunan müddəalar Mülki Məcəlləyə əlavə və dəyişikliklər formasında əlavə olunacaq. Hazırda müxtəlif dövlət qurumları tərəfindən bu məsələyə baxılır".

Elnarə Əlosmanqızı
AzNews.az