- Köhnə - İqtisadiyyat
- 10 Oktyabr 2012 06:55
- 4 686
Dövlət qulluqçularının maaşı artırılacaq

Bu barədə məlumatı jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Kadr Məsələləri Şöbəsinin kadr siyasəti sektorunun müdiri Vasif Xələfov bildirib. Onun sözlərinə görə, ölkəmizdə xidməti fəaliyyətin qiymətləndirilməsinin tətbiqi ilə dövlət qulluqçularının maaşının artmasına nail olmaq mümkündür.
Hazırda sözügedən sistemin yaradılması istiqamətində iş aparıldığını deyən V. Xələfov yeni sistemin yaradılmasında müxtəlif ölkələrin təcrübəsindən istifadə edildiyini vurğulayıb.
Elnarə Əlosmanqızı
AzNews.az