“Bank Technique” ASC-nin Müşahidə Şurasının qərarı ilə, Eldar Hüseyn oğlu Cəfərov Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. “Bank Technique” ASC-nin Müşahidə Şurasının qərarı ilə, Eldar Hüseyn oğlu Cəfərov Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Etibar Əliyevdən yeni sədr təyinatı

“Bank Technique” ASC-nin Müşahidə Şurasının qərarı ilə, Eldar Hüseyn oğlu Cəfərov Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Bankdan verilən məlumata görə, Eldar Cəfərov 1974-cü ildə Tovuz şəhərində anadan olub. 1990-1995-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. O, 2009-cu ildə ABŞ-ın Bankirlər Assosiasiyasının "Stonier" ali bank məktəbinin məzunu olub.

1995-ci ildən Azərbaycanın bank-maliyyə sektorunda müxtəlif vəzifələrdə çalışmış E. Cəfərovun Azərbaycanın nüfuzlu bank olmayan kredit təşkilatların - "Cred Agro" və "Mol Bulak"ın yaradılmasında və idarəetməsində müstəsna rolu olub.

Qeyd edək ki, "Bank Technique"ə təyinat aldıqdan əvvəl Eldar Cəfərov "Mol Bulak" BOKT-ın direktoru vəzifəsini icra edib.

Xatırladaq ki, E. Cəfərovun "Bank Technique" ASC-nin İradə Heyətinin sədri təyin olunması ilə bağlı xəbəri ilk dəfə olaraq "APA-Economics" xəbər verib.

APA.az