"Bu işləri icra edən şəxslər tərəfindən, bank işçiləri tərəfindən problem yaradıla bilər" "Bu işləri icra edən şəxslər tərəfindən, bank işçiləri tərəfindən problem yaradıla bilər"

Samir Şərifov nöqsanları istisna etmədi

"Bu işləri icra edən şəxslər tərəfindən, bank işçiləri tərəfindən problem yaradıla bilər"



Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçilərinə birdəfəlik ödəmələrin verilməsi prosesi sürətlə həyata keçirilir. APA-nın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bəyan edib. "Prosesin belə sürətlə gedəcəyini biz özümüz də gözləmirdik, bu da onun göstəricisidir ki, işlər heç də pis təşkil olunmayıb", - deyə maliyyə naziri bildirib.

Nazir bu prosesdə müəyyən nöqsanların olduğunu da istisna etməyib: "Bu işləri icra edən şəxslər tərəfindən, bank işçiləri tərəfindən problem yaradıla bilər. Amma bunlar cüzi xarakter daşıyır, yəni kütləvi hallardan danışa bilmərik". "Hesab edirəm ki, bu proses uğurla həyata keçirilir", - deyə S.Şərifov bildirib.

Qeyd edək ki, əmanətlərin qaytarılması nəticəsində 2012-ci il iyunun 1-dən oktyabrın 1-dək əmanətçilərə ümumilikdə 349,109 mln. manatdan çox vəsait ödənilib.

AzNews.az