Məlum olduğu kimi, Milli Məclisin 29 dekabr iclasında deputat Qüdrət Həsənquliyev çıxışı zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmovu sərt şəkildə ittiham edib. O, bankiri AXC hakimiyyətinin ən uğursuz kadrı adlandırıb. Məlum olduğu kimi, Milli Məclisin 29 dekabr iclasında deputat Qüdrət Həsənquliyev çıxışı zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmovu sərt şəkildə ittiham edib. O, bankiri AXC hakimiyyətinin ən uğursuz kadrı adlandırıb.

“Mərkəzi Bankı günahlandırmaq doğru deyil” - Ekspert

Məlum olduğu kimi, Milli Məclisin 29 dekabr iclasında deputat Qüdrət Həsənquliyev çıxışı zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmovu sərt şəkildə ittiham edib. O, bankiri AXC hakimiyyətinin ən uğursuz kadrı adlandırıb.


İqtisadçı-ekspet Məhəmməd Talıblı AzNews.az-a açıqlamasında bildirib ki, yaranmış vəziyyətdə hansısa konkret şəxsləri günahlandırmaq çıxış yolu deyil:
"Məsələyə kompleks yanaşmaqla daha obyektiv qiymət vermək olar. Mənim fikrim belədir. Ölkə iqtisadiyyatının gücü və rəqabətədavamlılığı necədirsə milli valyutası da həmin gücə adekvat olur. Əgər ölkəyə dollarla daxilolma kanalı yalnız bir mənbədən asılıdırsa, o zaman dollar təklifi zəif olacaq. Ölkənin ixracatından əldə olunan valyuta daxilolmaları azdırsa, onda manatın dəyərinə görə Mərkəzi Bankı günahlandırmaq doğru deyil".

M.Talıblı hesab edib ki, milli valyutalar iqtisadiyyatın ümumi sifətini ifadə edir: "Lakin buna baxmayaraq, Mərkəzi Bank gərək vaxtlı-vaxtında pul-kredit bazarındakı vəziyyətlə bağlı özünün alətlərindən də effektiv istifadə etsin".

Bahar RÜSTƏMLİ
AzNews.az