Yanvarın 4-də Çinin ardınca ABŞ-da da fond bazarı çöküb. Yanvarın 4-də Çinin ardınca ABŞ-da da fond bazarı çöküb.

ABŞ-da da fond bazarı çökdü

Yanvarın 4-də Çinin ardınca ABŞ-da da fond bazarı çöküb.



Dow Jones 2,5% ucuzlaşıb. Bu, 1932-ci ildən bəri Yeni ilin ilk günündə ən böyük azalmadır.

"Bloomberg" iddia edir ki, ABŞ-da bazarların çökməsi son altı ildə istehsalın kəskin azaldığını əks etdirən statistik məlumatlarla bağlıdır.

"Bloomberg" həmçinin qeyd edir ki, ilin ilk satışları bazarın gələcək davranışı üçün pis göstəricidir. Dow Jones Indices şirkətinin məlumatları göstərir ki, 50% halda bazar ili başladığı kimi başa vurur.

Xatırladaq ki, bu gün Çinin fond bazarında da kəskin azalma olub. Ölkənin aparıcı fond indeksi olan Shanghai Composite-nin 7% ucuzlaşmasından sonra Şanxay Fond Birjasında satışlar dayandırılıb.

Azadliq.info