- Köhnə - İqtisadiyyat
- 19 Yanvar 2016 12:49
- 3 247
Elman Rüstəmov: “Azərbaycanda 7 bank birləşə bilər“

Azərbaycanın bank sektorunda konsolidasiya 5-7 banka şamil edilə bilər.
Bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası bu məsələ üzrə ciddi iş aparır: "Bu həssas məsələdir, çünki bu banklarda əhalinin əmanətləri yerləşib. Hazırda həll etməli olduğumuz əsas məsələ əmanətlərin sığortalanmasıdır. Bu məsələdə heç bir diskomfort yoxdur, çünki banklar birləşəndə iri olurlar".
Trend.az