- Köhnə - İqtisadiyyat
- 28 Yanvar 2016 16:39
- 3 513
“Neftin 25 dollardan aşağı düşməsi məntiqə ziddir” - Nazir

“2016-cı ilin dövlət büdcəsində dürüstləşmə aparılıb”.
Bu barədə bu gün keçirilən mətbuat konfransında maliyyə naziri Samir Şərifov deyib.Nazirin sözlərinə görə, 2016-cı ilin yenilənmiş dövlət büdcəsində neftin baza qiyməti 25 dollardan götürülüb: "Bu, mühafizəkar bir yanaşmadır. Neftin qiymətinin 25 dollardan aşağı düşməsi iqtisadi məntiqə ziddir".
S. Şərifov əlavə edib ki, bu ilin ikinci yarısında neftin bahalaşması istisna olunmur.
APA.az