“Məni və övladlarımı ölümlə hədələyirlər” - Salome Zurabişvili

Salome Zurabişvili özünün və övladlarının hədə-qorxu mesajları aldığını bildirib.

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabişvili özünün və övladlarının hədə-qorxu mesajları aldığını bildirib.

Bunu prezidentliyə namizəd keçirdiyi brifinqdə bildirib.

S.Zurabişvili son günlər ona və övladları Teymuraz və Ketevana ölüm hədələri olan qısa ismarıc və səsli mesajlar göndərildiyini deyib: “Mesajlarda “Biz başlarınızı güllələyərik, qanınızı içərik” kimi senzuradan kənar sözlərdən istifadə olunmaqla həyatımıza təhlükənin olduğu aydın şəkildə bildirilib. Təhlükə realdır, çünki mesajların müəəlifləri müəyyən olunub. Onlar Vahid Milli Hərəkat Partiyası ilə əlaqəli olan keçmiş hərbçilərdir”.

Prezidentliyə namizəd Gürcüstan Daxili İşlər Nazirliyini ona və ailə üzvlərinin ölümlə hədələnməsi faktına dərhal reaksiya verməyə çağırıb.(report.az)

AzNews.az