Yaponiya Baş Naziri Sindzo Abe bu gün İrana rəsmi səfər edəcək. Yaponiya Baş Naziri Sindzo Abe bu gün İrana rəsmi səfər edəcək.

Yaponiyadan İrana ilk rəsmi səfər... - 41 il sonra

Yaponiya Baş Naziri Sindzo Abe bu gün İrana rəsmi səfər edəcək.

“İnterfaks”ın verdiyi xəbərə görə, o, səfər çərçivəsində İran Prezidenti Həsən Ruhani və ali dini lider Əli Xameneyi ilə görüşəcək.

Görüşdə Yaxın Şərqdəki gərginliyin həlli yolları müzakirə olunacaq.

Qeyd edək ki, bu, Yaponiya Baş Nazirinin 41 il sonra İrana ilk səfəri olacaq. Belə ki, 1978-1979-cu illlər İslam inqilabından sonra bu ölkəyə Yaponiyadan rəsmi səfər olmayıb. Sonuncu səfəri keçmiş Baş Nazir Takeo Fukuda 1978-ci ildə edib.

Səfər 14 iyuna qədər davam edəcək.(qafqazinfo.az)

AzNews.az