İran yanacağın bahalaşması ilə bağlı zərər çəkənlərə təzminat ödəyəcək

Prezident bununla bağlı fərman imzalayıb

İran prezidenti Həsən Ruhani bazar günü yanacağın qiymətindəki son artım nəticəsində zərər çəkmiş vətəndaşlara maddi təzminat ödənilməsi ilə bağlı fərman imzalayıb.

TASS-a istinadla xəbər verilir ki, bu barədə İran Prezidenti açıqlamasında deyib.

O bildirib ki, yanacağın qiymətinin artması ilə maddi cəhətdən zərər çəkmiş şəxslərə təzminat ödənilməsi barədə fərman imzalayıb.

Həsən Ruhaninin sözlərinə görə, sözügedən məsələ ilə bağlı dövlət tərəfindən maliyyə dəstəyi sabahdan etibarən ödəniləcək. (APA)

AzNews.az