Görüş geniş tərkibdə keçirilib Görüş geniş tərkibdə keçirilib

Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə görüşüb

Görüş geniş tərkibdə keçirilib

Xarici İşlər naziri Ceyhun Bayramovun gürcüstanlı həmkarı David Zalkaliani ilə geniş tərkibdə görüşü keçirilib.

AzNews.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində məlumat verilib.

Qeyd edək ki, C.Bayramov Gürcüstana birgünlük səfəri çərçivəsində həmçinin bu ölkənin prezidenti Salome Zurabişvili, baş naziri Giorgi Qaxaria, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava, spikerin müavini Kaxaber Kuçava və parlamentin nümayəndə heyəti ilə də görüşəcək.