Şikəst qız anasına əziyyət verməmək üçün özünü pəncərədən atdı – ACI TALE

Ulyanovskda dünyaya xəstə gələn 10 yaşlı qız anasının əziyyətinə və ailədəki maddi sıxıntılara dözməyərək özünü pəncərədən atıb. İntihardan əvvəl qızcığaz anasına məktub da yazıb. Məktubda o qeyd edir ki, həyatda olmasa sevdikləri daha az əziyyət çəkərlər.
Qeyd edək ki, Polina anadan olduрu gündən müalicə olunur. Ailənin artıq onu müalicə etməyə vəsaiti yoxdur. Ata və anasının iztirablarını görən qız bunlara tab gətirə bilməyərək həyatı ilə vidalaşmaq qərarına gəlib. Qeyd edək ki, Polinanın atası da infarkt keçirdiyindən iş qabiliyyətini itirib.
Uşaq özünü hündürlükdən atmasına rəgmən sağ qalıb. Lakin aldığı travmalara görə o bir neçə dəfə əməliyyat olunub.
Hazırda Polina reanimasiyadadır. Anası sosial şəbəkədə qızının xilas edilməsi üçün yardım istəyib.

AzNews.az