Abşeron rayon polis idarəsinə süd zavodlarından birinin ərazisindən 102 ədəd işıq plafonu və onların alüminium dirəklərinin oğurlanması barədə məlumat daxil olub. Abşeron rayon polis idarəsinə süd zavodlarından birinin ərazisindən 102 ədəd işıq plafonu və onların alüminium dirəklərinin oğurlanması barədə məlumat daxil olub.

“Sata bilmədim, dedim dəyərli şey oğurlayım” - Zavoddan oğurluq edənlər (Video)

Abşeron rayon polis idarəsinə süd zavodlarından birinin ərazisindən 102 ədəd işıq plafonu və onların alüminium dirəklərinin oğurlanması barədə məlumat daxil olub.


ARB TV xəbər verir ki, hadisədən bir gün sonra polis əməkdaşları zavodun ərazisinə iki naməlum şəxsin daxil olduğunu görüblər.

Əməliyyatçılar çağırılmamış qonaqları elə iş başında yaxalayıblar. Abşeron rayon sakini 26 yaşlı Seyfəddin Ramazanov və Binəqədi rayon sakini 20 yaşlı Ramil Əliyev ilkin dindirmə zamanı zavodun anbarına yatmağa yerlərinin olmadığı üçün girdiklərini desələr də, sonradan niyyətlərinin oğurluq olduğunu etiraf ediblər. Seyfəddin ilk dəfə oğurladıqlarını sata bilmədiklərini desə də əlbir olduğu Ramil onu yalan danışmaqda ittiham edib. Ramilin sözlərinə görə noyabr ayının 20-də oğurladıqları 102 ədəd işıq plafonunu və onların alüminum dirəklərini həm satıblar, həm də qazanc əldə ediblər.Haramın şirinliyinə aldanan gənclər pul boğazlarından keçməmiş iki gün sonra eyni yerə eyni məqsədlə getdikdə, istəklərinə çata bilməyiblər. Polis əməkdaşlarını görən Ramil Əliyev hadisə yerindən qaçmaq istəyərkən tutulub, qaçmaqda fayda görməyib taleyi ilə barışan Seyfəddin Ramazanov isə könüllü təslim olub.

Seyfəddin Ramazanov (saxlanılan şəxs): "Ayin 20-i süd zavodundan plafonlar oğurlamışam. Apardım sata bilmədim. Sonra qərar verdim ki, ayin 22-i bir də yenidən ora girib daha dəyərli şey oğurlayım. Ramil adında tanışıma da təklif etdim ki, mənə kömək etsin və mən də əvəzində ona "hörmət" edəcəm. Oğurluğu elədiyimiz zaman polislər bizi tutdu".

Faktlarla əlaqədar Abşeron rayon polis idarəsində başlanan Cinayət işi üzrə araşdırmalar davam edir.