Bakıda İraq vətəndaşı öz həmyerlilərinə qarşı dələduzluq edib. Bakıda İraq vətəndaşı öz həmyerlilərinə qarşı dələduzluq edib.

Bakıda həmyerlilərini aldadan iraqlının görüntüləri yayıldı - Video + Foto

Bakıda İraq vətəndaşı öz həmyerlilərinə qarşı dələduzluq edib.


ARB TV xəbər verir ki, İraq vətəndaşı Ahmed Abdulhaq İsmael saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, o, Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisəsində təhsil almaq adı altında 30 İraq vətəndaşının müəyyən məbləğdə ödəniş qarşılığında Azərbaycana gəlməsini təşkil edib. Onlar müxtəlif ünvanlarda yerləşdirilsə də ali təhsil müəssisələrinə qəbul edilmək üçün zəruri prosedurlar yerinə yetirilməyib.

Ahmed Abdulhaq İsmael həmvətənlərindən dələduzluq yolu ilə aldığı küllü miqdarda vəsaiti mənimsəyib və aşkar edilmiş faktla bağlı Ahmed Abdulhaq İsmaelin müvafiq məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür.

Məlumat Dövlət Miqrasiya Xidmətinin noyabrda olan statistikasına əsasən verilib.

AzNews.az

image description