Sahibkarın qulağını kəsdilər - VİDEO

Ağsunun Pirhəsənli kəndində bir şəxs mağazaya borcunu ödəməmək üçün mağaza sahibinə bıçaqla xəsarət yetirib.


Sahibkar Aqşin Hüseynovun sözlərinə görə, Rövşən Abışov mağazaya gələrək pul istəyib, istədiyini ala bilməyəndə ona xəsarət yetirib, pulları götürərək aradan çıxıb. Aqşin Hüseynov isə yaralı halda xəstəxanaya çatdırılıb.

Həkim: "Xəstəni müayinə etmişik, onda həqiqətən xəsarətlər var- burun tilinin əzilməsi, burun qanaxması, sol göz sklerasına qansızma, sağ qulaq nahiyəsinin əzilməsi, qulaq arxasında kəsilmiş, cızılmış yara".

Rövşən Abışov isə iddiaları qəbul eləmir. Zərərçəkənin sözlərinə görə, Rövşən Abışov ondan dəfələrlə pul istəyib, hədələyərək tapşırıb ki, bir kəsə desə onu öldürəcək. Polisin araşdırması zamanı məlum olub ki, bu iki şəxs arasında əvvəllər də ədavət olub. Sonuncu hadisənin səbəbi Rövşənin mağazaya külli miqdarda borcu olmasıdır.



AzNews.az