300 nəfər saxlanılıb 300 nəfər saxlanılıb

Sankt-Peqerburqda radikal islamçı “ovu”

300 nəfər saxlanılıb



Rusiya hüquq-mühafizə orqanları Sankt - Peterburqda radikal islamçılara qarşı əməliyyat keçirərək bir neçə yüz nəfəri həbs ediblər. Bu barədə məlumatı NEWSru yayıb.

Sankt - Peterburq polisi faktı təqdiqləyərərk 300 nəfərin saxlandığını bildirib. Onlar radikal dini qruplaşma üzvü olmaqda şübhəli bilinirlər: "Söhbət Sankt - Peterburqda radikal dini qruplaşmanın yaradılmasından gedir".

Rusiya KİV -i hadisə ilə əlaqədar ümumilkdə 700 nəfərin dindirilməyə çağırıldığını yazır. Fevralın 8-də reydi xüsusi xidmət orqanlarını əməkdaşları aparıb. Mətbuat bildirir ki, ""təmizləmə əməliyyatlarında" adı çəkilənlərdən biri də Peterburqdakı tacik diasporunun rəhbəri, imam Abdürəhman Akilovdur.

Hüquq-mühafizə orqanları xəbər verir ki, Peterburqa gələn dini liderlər Qahirə Universitetində təlimatlandırılıblar. Bu universitetin məzunları arasında 11 sentyabr hadisələrinin icraçılarından olan Məhəmməd Atta, Əl - Qaidə lideri Ayman Əl-Zəvahiri, Səddam Hüseyn, Məhəmmad Əl-Mursi kimi şəxslər olub.

Peterburqda keçirilən reydə isə sosial şəbəkələrdə özünü "Peterburq camaatı" kimi təqdim edən qrupun peyda olması təkan verib. Bu qrupun adı Peterburq qubernatoru Vladimir Matviyenkoya 2007-ci ildə sui-qəsddə hallandırılıb. Qrupun üzvləri terror aktları keçirməyə çağırış ediblər.

Elnarə
AzNews.az