- Köhnə - Kriminal
- 14 Sentyabr 2013 16:15
- 3 355
Polis güllə yarası ilə xəstəxanaya yerləşdirildi- Qazaxda

AzNews.az qafqazinfo-ya istinadən xəbər verir ki, Qazax rayonu ərazisində Baş Dövlət Yol Polis İdarəsinin leytenantı Malik Qəhrəmanov xidməti silahından ehtiyatsızlıqdan açdığı atəş nəticəsində ayağını yaralayıb. Yaralı dərhal Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Məlumata görə, hadisə polis əməkdaşının xidmətdə olmadığı zamanı baş verib.
AzNews.az