33 yaşlı kişi keçmiş həyat yoldaşını qətlə yetirdi

Sumqayıtda dəhşətli qətl törədilib.

Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb.

Sumqayıt şəhər sakini, 33 yaşlı Zöhrab Əlibaxış oğlu Hüseynov keçmiş həyat yoldaşı Tehranə Akif qızı Əmiyevanı və keçmiş qaynanası Adilə Əliməmməd qızı Əmiyevanı bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən Z. Hüseynov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.


AzNews.az